Sentyabrda bizi nə gözləyir? - Yoluxma artacaq və...

4 İyul 2021 23:50 Problem 1 666
Sentyabrda bizi nə gözləyir? - Yoluxma artacaq və...

Üçüncü koronavirus dalğası iyulun ortalarında azala bilər, eyni zamanda cəmi bir neçə ay ərzində yoluxmada artım gözlənilir.

Sportinfo.az xəbər verir ki, bu sözləri Rusiya Genetik Tədqiqatlar Elmi Mərkəzinin baş direktoru Andrey İsayev söyləyib.

"Epidemiyalar dalğalar halında inkişaf edir, yoluxma sayında çoxalmadan sonra hər zaman azalma olur. Ümid edirəm ki, mövcud dalğa iyulun ortalarına qədər azalacaq”, - ekspert TASS-a verdiyi müsahibəsində bildirib.

A.İsayev hesab edir ki, yeni dalğa sentyabr ayının sonunda baş verə bilər. Odur ki, alim epidemiyanın bu dövrünə güclü immunitetlə girmək üçün ən qısa müddətdə peyvənd olunmağı tövsiyə edir:

"İnanıram ki, peyvəndin təsirini sentyabr ayında, dördüncü dalğa zamanı görəcəyik. Yoluxmaların davam etməsi kədərlidir, lakin gözlənilən həqiqətdir”.//publika.az

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...