"Bu heyətlə edə bilməyəcəyimiz heç nə yoxdur"

3 İyul 2021 19:30 Problem 866
"Bu heyətlə edə bilməyəcəyimiz heç nə yoxdur"

İtaliya millisinin ötən gecə Avro-2020-nin 1/4 finalında Belçika ilə matçda (2:1) zədələnən futbolçusu Leonardo Spinazzola həmin oyun haqqında fikirlərini bölüşüb.

Sportinfo.az xəbər verir ki, 28 yaşlı müdafiəçi öz İnstaqram hesabında yazıb:

"Təəssüf ki, dünənki qarşılaşmanı necə başa vurduğumu bilirik. Amma xəyalımız yaşayır.

Bu heyətlə edə bilməyəcəyimiz heç nə yoxdur. Sizə deyə bilərəm ki, tezliklə meydanda olacağam! Bundan əminəm!"

Spinazzolanın 1 il yaşıl meydanlardan kənarda qala biləcəyi haqda xəbərlər yayılıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti