Füzulidə minalanmış ərazidə baş verən hadisə - VİDEO

1 İyul 2021 11:50 Problem 140 425
Füzulidə minalanmış ərazidə baş verən hadisə - VİDEO

Fövqəladə Hallar Nazirliyi Füzuli rayonunda ermənilər tərəfindən minalanmış ərazidə baş verən yanğınla bağlı daha bir açıqlama yayıb.

Sportinfo.az xəbər verir ki, iyunun 30-da "112" qaynar telefon xəttinə Füzuli rayonunun Qacar kəndində (Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsi istiqamətində) düşmən tərəfindən minalanmış mürəkkəb relyefli dağlıq ərazidəki açıq sahədə və qismən meşə zolağında yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumat əsasında əraziyə dərhal FHN-in Aviasiya dəstəsinin bir ədəd helikopteri cəlb olunmaqla yanğınla mübarizə tədbirlərinə başlanılıb. Hazırda yanğının geniş əraziyə yayılmasının qarşısının alınması və söndürülməsi istiqamətində təxirəsalınmaz tədbirlər görülür.

Əlavə məlumat veriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...