Putin Qarabağdan da danışdı

1 İyul 2021 02:10 Problem 986
Putin Qarabağdan da danışdı

“Regionda normal münasibətlərin bərpası üçün hər şeyi edəcəyik”.

Sportinfo.az xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin bu barədə illik mətbuat konfransında çıxış edərkən bildirib.

“Bəli, Rusiya bu ciddi böhranın nizamlanmasında müəyyən rol oynadı. Nə Azərbaycan, nə Ermənistan - heç kim bu münaqişənin böyüməsində maraqlı deyildi.

İşin o biri tərəfi odur ki, əgər biz sülh və dostluq içində yaşayacağıqsa, nəinki təhlükəsizlik sahəsində, həmçinin sosial-iqtisadi inkişaf sahələrində insanların həyatlarının yaxşılaşdırılması üçün şərait yaratmalıyıq.

Bəli, həqiqətən çoxlu problemlər yığılıb. Normal infrastrukturun bərpası, sərhədlərin ayrılması ilə bağlı məsələlər var.

Azərbaycan-Ermənistan dövlət sərhədində, xüsusilə harada ki, əvvəllər heç dövlət sərhədi olmayıb, ittifaq ölkələri arasında inzibati sərhədlər olub, müvafiq işlərin aparılması ilə bağlı məsələlər var.

Biz hazırda bu iş prosesində iştirak edirik, xüsusi üçtərəfli işçi qrupu yaratmışıq və regionda normal münasibətlərin bərpası üçün hər şeyi edəcəyik”, - deyə Putin qeyd edib.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...