Millinin futbolçusu bir neçə dəfə huşunu itirdi – CİDDİ PROBLEM

29 İyun 2021 19:10 Problem 1 628
Millinin futbolçusu bir neçə dəfə huşunu itirdi – CİDDİ PROBLEM

Ukrayna millisinin futbolçusu Eduard Sobol Avropa çempionatı başlamazdan əvvəl səhhəti ilə bağlı ciddi problem yaşayıb.

Sportinfo.az xəbər verir ki, bu barədə ukraynalı jurnaslit və şərhçi İqor Tsıqanık məlumat verib.

O, 26 yaşlı yarımmüdafiəçinin özünü pis hiss etdiyini söyləyib: "Eduard Sobol bir neçə dəfə huşunu itirdi. Əlavə tibbi müayinədən keçib.

Artıq görünən odur ki, hər şey qaydasındadır. Sobolun bu gün İsveçlə matçda meydanda ola biləcəyini istisna etmirəm. Çünki o, bütün sol cinahı əhatə edən və çalışqan futbolçudur".

Ukrayna bu gün AVRO-2020-nin 1/8 finalında İsveçlə üz-üzə gələcək. Şotlandiyanın Qlazqo şəhərindəki "Hempden Park" stadionundakı görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...