“Futbolda belə şeylər olur” – Frenki de Yonq

29 İyun 2021 14:30 Problem 639
“Futbolda belə şeylər olur” – Frenki de Yonq

Niderland milli komandasının futbolçusu Frenki de Yonq AÇ-2020-nin 1/8 final mərhələsində Çexiyaya uduzduqları oyundan sonra fikirlərini bildirib.

Sportinfo.az xəbər verir ki, de Yonq, 0:2 hesabıyla bitən görüşlə bağlı bunları deyib:

“Səbəbini bilmirəm, amma çox yorğun idik. Həqiqətən, qazanmaq istəyirdik. Aramızdakı bəzi oyunçular üçün bəlkə də, karyeralarının ən önəmli oyunu idi.

Yaxşı hazırlaşmışdıq, bütün diqqətimiz oyunda idi. Rəqibimizi yüksək qiymətləndirirdik. Ancaq bəzi şeylər istədiyimiz kimi olmadı. Futbolda belə şeylər olur”.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...