Baş məşqçi istefaya göndəriləcək - Niderlandda

28 İyun 2021 15:30 Problem 1 204
Baş məşqçi istefaya göndəriləcək - Niderlandda

Niderland millisinin baş məşqçisi Frank de Bur istefaya göndəriləcək.

Sportinfo.az xəbər verir ki, buna AVRO-2020-dəki uğursuzluq səbəb olub.

Yığmanın 1/8 finalda Çexiyaya 0:2 hesabı ilə məğlub olması federasiya rəhbərliyinin narazılığına səbəb olub.

Bu üzdən də 51 yaşlı mütəxəssisin vəzifəsindən kənarlaşdırılması qərara alınıb. Bu istefanın yaxın müddətdə rəsmən açıqlanacağı gözlənilir.

De Bur bunadək “Ayaks”, “İnter”, “Kristal Pelas” və “Atlanta Yunayted”i çalışdırıb. O, 2020-ci ilin sentyabrına yığmada Ronald Kumanı əvəzləyib.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...