Kapitan Niderlandla oyunu buraxa bilər – AVRO-2020

27 İyun 2021 17:50 Problem 1 020
Kapitan Niderlandla oyunu buraxa bilər – AVRO-2020

AVRO-2020-nin 1/8 final mərhələsi öncəsi Çexiya millisi ciddi itki ilə üzləşib.

Sportinfo.az xəbər verir ki, kapitan Vladimir Darida dünənki məşq zamanı zədələnib.

Bu üzdən 31 yaşlı yarımmüdafiəçi bugünkü hazırlığa qatılmayıb. Orta sahə oyunçusunun sabah Niderlandla keçiriləcək matçda iştirakı sual altına düşüb.

Daridanın start heyətində yer alacağı, yoxsa ehtiyatda qalacağı oyun saatı bəlli olacaq.

Niderland – Çexiya görüşü Bakı vaxtı ilə 20:00-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...