Müsəlman futbolçuların qarşısında pivə olmayacaq - UEFA-dan yeni qərar

26 İyun 2021 13:10 Problem 569
Müsəlman futbolçuların qarşısında pivə olmayacaq - UEFA-dan yeni qərar

UEFA müsəlman oyunçuların tələbi ilə AVRO-2020-nin mətbuat konfranslarında pivə şüşələrini masalardan yığışdırmağa başlayacaq.

Sportinfo.az xəbər verir ki, bu barədə “Barron's” nəşri yazıb.

"Müsəlman futbolçulardan pivənin olduğuna razı olub-olmadıqlarını soruşacağıq", - UEFA sözçüsü deyib. A

VRO-2020-nin əsas sponsorlarından olan “Heineken” pivə şirkətinin nümayəndəsi bu yanaşma ilə razılaşıb.

Bundan əvvəl Portuqaliya yığmasının futbolçusu Kriştianu Ronaldu Macarıstan millisi ilə qarşılaşmadan (3:1) sonra AVRO-2020-nin mətbuat konfransında masanın üzərindəki "Coca-Cola" içkilərini kənara çəkib.

Fransa yığmasının yarımmüdafiəçisi Pol Poqba Almaniya ilə oyunundan (1-0) sonra təşkil edilən mətbuat konfransında masadakı pivə şüşəsini götürüb.

Bundan sonra UEFA rəhbərliyi mətbuat konfransları zamanı sponsorların içkilərinin masadan götürməyi qadağan edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti