Koronavirusun yeni variantı ilə bağlı QORXUNC XƏBƏRDARLIQ

26 İyun 2021 02:52 Problem 724
Koronavirusun yeni variantı ilə bağlı QORXUNC XƏBƏRDARLIQ

Mütəxəssislər İngiltərə və Rusiyanı bürüyən və Türkiyədə də görülən koronavirusun Delta variantı barədə xəbərdarlıq edirlər.

Sportinfo.az xəbər verir ki, Delta digər variantlardan bir neçə dəfə daha tez yayılır.

İlk dəfə Hindistanda aşkarlanan koronavirusun yeni variantı (Delta) ABŞ-da bu il COVİD-19-un "canlanmasına" səbəb ola bilər. Mütəxəssislər Delta variantının artıq ölkə miqyasında hər 5 yoluxma halından 1-ni təşkil edə biləcəyini söyləyirlər.

Baylor Tibb Kollecinin Milli Tropik Tibb məktəbinin dekanı Dr. Peter Hotez CNN-ə verdiyi açıqlamada Deltanın ən yoluxucu koronavirus variantı olduğunu söyləyib.

Epidemioloq Castin Lessler yayın sonlarında və ya payızın əvvəllərində yeni dalğanın ola biləcəyini bildirib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti