"Bir çox məsələlər dəyişib"

25 İyun 2021 23:00 Problem 821
"Bir çox məsələlər dəyişib"

"Bugünkü görüş Tokioya yollanacaq şəxslər üçün əhəmiyyətlidir.

Azərbaycan idman ölkəsidir. Prezident İlham Əliyev idmana böyük qayğı və dəstək göstərir. Pandemiya şəraitində bir çox məsələlər dəyişib".

Sportinfo.az xəbər verir ki, bu fikirləri Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) direktoru Şəfəq Hüseynli Tokio-2020 Yay Olimpiya Oyunlarına həsr edilmiş tədbirdə deyib.

O bildirib ki, olimpiadada dopinq nəzarəti ilə bağlı bəzi dəyişikliklər edilib:

"Rio-2016-da müşahidə edildi ki, təqribən 6-7 ay idmançılar testdən keçməyib. Bizdə isə yarış öncəsi dəfələrlər testlər aparılıb. İdmançılar təmiz mühitdə yarışacaqlar".

Ş.Hüseynlinin sözlərinə görə, idmançıların bütün sualları AMADA tərəfindən cavablandırılır və cavablandırılacaq:

"Tokioda idmançılarımıza böyük və təmiz qələbələr arzulayıram".

Tədbirdə bildirilib ki, idmançılar yarış zamanı hər hansı maddədən istifadə etdikdə diqqətli olmalıdırlar.

Bundan əlavə, 18 yaşadək idmançıların dopinq-testi zamanı yanlarında mütləq nümayəndə olmalıdır.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...