“Daha çox şeyə layiq olduğumuzu düşünürəm”

25 İyun 2021 09:50 Problem 795
“Daha çox şeyə layiq olduğumuzu düşünürəm”

Polşanın baş məşqçisi Paulo Souza AÇ-2020-nin qrup mərhələsinin 3-cü turunda İsveçə məğlub olduqları oyundan (2:3) sonra fikirlərini bildirib.

Sportinffo.az xəbər verir ki, Souza, turnirlə vidalaşmaları ilə bağlı da danışıb:

“Daha çox şeyə layiq olduğumuzu düşünürəm. Sadə qollar buraxdıq və bu, təkcə müdafiənin problemi deyil. Daha diqqətli olmalı idik.

İlk hücumun qolla nəticələnməsinə imkan verməməliydik. İsveç millisinin qapıçısının yaxşı qurtarışları oldu.

Gələcəkdə daha çox şey qazanacağımıza əminəm. Təbii ki, 1/8 finala yüksələ bilmədiyimiz üçün məyusuq. Çox çalışdıq, çox qol imkanları yaratdıq.

Anlaşılmazlıqların nəticəsində qollar buraxdıq. Bu, daha çox xəyal qırıqlığı yaratdı”.

Polşa yığması AÇ-2020-nin E qrupunu sonuncu bitirib və turnirlə vidalaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...