İnfantinonun razılığı - Dələduzluq, yoxsa axmaqlıq?

22 İyun 2021 13:00 Problem 865
İnfantinonun razılığı - Dələduzluq, yoxsa axmaqlıq?

FİFA prezidenti Canni İnfantinonun Bakıya gəlişindən xəbəriniz var, yəqin ki.

Yəqin ki, həm də ondan xəbərdarsınız ki, İnfantino AFFA-nın fəaliyyətindən razı olduğunu bildirib.

Deyib ki, AFFA-nın ölkədə və regionda futbolu inkişaf etdirəcəyinə ümid edirik. İnfantino AFFA rəhbərlərini “dostumuz” adlandırıb.

Bu zalım oğlu onu bilmir ki, Azərbaycan futbolu düz 2008-ci ildən onun “dostları”na ümid bəsləyib. Ümid bəsləyib ki, Azərbaycanda da nəvaxtsa futbol olacaq. Amma nəinki futbol, heç fitbol da olmadı. İnfantinoda bu ümid haradandır?

Mənim iki versiyam var: Birincisi odur ki, FİFA və UEFA da korrupsiyalaşmış təşkilatdır. Bu, artıq sübut olunub. Bizim AFFA-nın da necə “korlandığını”

Azərbaycanda hamı bilir. Və yəqin ki, İnfantino da. Elə ona görə də “AFFA-nın fəaliyyətindən razıyıq” deyir. Yəni özü necədirsə, “dostları” da elədir. Niyə razı olmasın ki?

İkinci versiya odur ki, İnfantino, sadəcə, sadəlövh axmaqdır. İnanır ki, AFFA yaxşı işləyir.

İnanır ki, FİFA-nın və UEFA-nın ayırdığı 4 milyon manat Tovuzdakı futbol məktəbinin tikintisinə sərf olunub. Elə ona görə də bu məktəbdən də ağızdolusu danışıb.

Amma yazıq haradan bilsin ki, Tovuzda tikilən futbol akademiyası istənilən tovuzlunun həyətində tikdiyi tövlədən baha başa gəlməyib.

Düzü, mən birinci versiyama daha çox güvənirəm. Axmaq adam FİFA kimi korrupsiylaşmış təşkilatın prezidenti seçilə bilməzdi.

Özü də kimlərə “torba” tikdiyini də bilirsiniz. Yazıq Platini hələ də tüstülənir. Bunun üçün adamdan böyük, lap böyük fərasət tələb olunur.

Bəs siz hansı versiyaya inanırsınız?

Natiq Muxtarlı

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”