“Azərbaycanlıların məzar daşlarını oğurlayıb Ermənistanda satırdılar” - VİDEO

18 İyun 2021 23:50 Problem 1 403
“Azərbaycanlıların məzar daşlarını oğurlayıb Ermənistanda satırdılar” - VİDEO

Erməni bloqqer Roman Baqdasaryan ermənilərin işğal dövründə Qarabağdakı qəbiristanlıqlardan azərbaycanlılara aid məzar daşlarını Ermənistana apardıqlarını və satdıqlarını bildirib.

Sportinfo.az xəbər verir ki, Baqdasaryan bu barədə feysbuk səhifəsində yerləşdirdiyi videoda danışıb.

“Azərbaycan qəbiristanlıqlarında qəbir daşlarının 70% -i yox olub. Xahiş edirəm, mənə deyin, bu daşları çıxararaq üstünə erməni adları yazıbŞ Ermənistana satanlar haqqında nə düşünürsünüz?

Məzar daşlarını gizli şəkildə Ermənistana satan Qarabağ dəstələri haqqında nə düşünürsünüz?”, - deyə Baqdasaryan söyləyib.

Bundan əlavə, ölən və yaralananlar erməni hərbçilərin ailələrinə müraciət edən R. Baqdarasyan uşaqlarının 25 il ərzində bu yeddi bölgədə dəhşətli işlər görən Robert Koçaryan və Serj Sarkisyan üzündən öldüklərini bildirib.

Digər Xəbərlər
Xəbər Lenti
14 Oktyabr 23:20 "Bu, bizi məyus etdi"
14 Oktyabr 20:00 Mahir – qanadsız mələk
14 Oktyabr 18:10 Çək və bizə göndər!
14 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
14 Oktyabr 00:42 Ukraynaya uduzduq
13 Oktyabr 20:00 Budur, Ukrayna?