"Biz hətta öz sponsorlarımızla da problemlər yaşayırıq"

20 Aprel 2021 14:20 Problem 1 104
"Biz hətta öz sponsorlarımızla da problemlər yaşayırıq"

“UEFA cədvəlində mənasız oyunlar çoxdur. Elə oyunlar var ki, onları izləməyə belə dözmək olmur”.

Sportinfo.az xəbər verir ki, bu sözləri “Real"ın və Avropa Superliqasının prezidenti Florentino Peres yeni turnirin yaradılmasını şərh edərkən deyib.

“Amma biz Superliqa vasitəsilə ən böyük klubların oyunlarını, mübarizəsini izləyə biləcəyik. Lakin bu oyunlar klubların öz liqalarında həftəsonu olacaq oyunlarına bir xələl gətirməyəcək.

Məsələn, belə bir məlumat verim, “Marca” media qurumunun sahibi, həmçinin “Torino” klubunun da sahibidir”, - Peres deyib.

Onun sözlərinə görə, UEFA rəhbərinin klublara söz deməyə haqqı yoxdur: “UEFA-nın özünün tarixi cəhətdən yaxşı imici yoxdur. Məni bu barədə danışdırmayın.

Tezliklə UEFA və FİFA rəhbərləri ilə müzakirələr aparacağıq. Heç bir razılıq əldə edilməzsə, biz öz yolumuza davam edəcəyik. Biz hətta Avropa Superliqası üçün ikinci liqa belə yarada bilərik”.

F. Peres daha sonra bunları deyib: “Məsələn, mən Lebron Ceymsin nə qədər qazandığını yaxşı bilirəm, çünki onlar liqa olaraq maaşları və qazanclarını ictimaiyyətə rəsmi açıqlayırlar.

Lakin mən UEFA prezidentinin nə qədər qazandığını bilmirəm. Biz hətta “Real” olaraq, maaşları azaltmışıq və açıqlamışıq. Lakin UEFA rəhbərliyi öz maaşlarını azaldıbmı?

Deyirlər ki, La Liqanın böyük klubları çox pul qazanır, lakin ən adi misal olaraq “Barselona”nı götürək, onlar xeyli pul itiriblər. Biz hətta öz sponsorlarımızla belə problemlər yaşayırıq. “Adidas” və “Emirates” şirkətləri maddi çətinlik yaşayıb. Biz onlarla da ortaq yol tapmalıyıq.

Bəzi insanlar düşünür ki, pandemiyadan sonra biz zərər görmürük. Hətta mən öz maaşımı belə endirmişəm. Amma bizə söz deyən La Liqa rəhbərinin, həmçinin UEFA rəhbərinin öz maaşlarını endirdiyini düşünmürəm”.

O bildirib ki, UEFA prezidentinin gün ərzində klublar barədə dedikləri qəbuledilməzdir və xüsusən də Andrea Aqnelliyə qarşı hörmətsizlikdir:

“UEFA özü dəyişməlidir. Biz öz ölkə liqalarımızda da qalmaq istəyirik. Bu bir növ “Real Madrid” basketbol komandasının həm İspaniya liqasında, həm də Avroliqada oyunlar keçirməsi kimi olar. Kifayət qədər də baxımlı olur”.

Peres daha sonra deyib ki, UEFA düşünür ki, onların monopoliyası güclüdür, onlar əsas gücdür və nə istəsələr edə bilərlər, amma yanılırlar:

“Onlar Çempionlar Liqası üçün yeni formatı 2024-cü ildən planlayıblar. 2024-cü ilədək biz ölmüş olarıq. Avropa Superliqasına PSG-ni hələ dəvət etməmişik.

Eləcə də alman klublarını dəvət etməmişik. Lap PSG və “Bavariya” qoşulmasa belə, biz Avropa Superliqası layihəsini ləğv edən deyilik”.

Digər Xəbərlər
Xəbər Lenti