Klub prezidentini ilana bənzətdi: "Bizə bu qədər yaxın olduğunu bilmirdik, indi bildik"

19 Aprel 2021 18:40 Problem 1 126
Klub prezidentini ilana bənzətdi: "Bizə bu qədər yaxın olduğunu bilmirdik, indi bildik"

UEFA prezidenti Aleksander Çeferin Avropa Super Liqasında iştirakı təsdiqlənən İtaliyanın "Yuventus" klubunun rəhbəri Andrea Anyellini kəskin tənqid edib.

Sportinfo.az xəbər verir ki, sloveniyalı funksioner Anyelli ilə bağlı böyük xəyal qırıqlığı yaşadığını bildirib.

Çeferin indiyədək bu qədər yalan danışan insan görmədiyini söyləyib: "İnanılmazdır. İlanların bizə bu qədər yaxın olduğunu bilmirdik, indi bildik".

İngiltərənin “Mançester Yunayted”, “Mançester Siti”, “Tottenhem”, “Liverpul”, “Çelsi”, “Arsenal”, İspaniyanın “Barselona”, “Atletiko” (Madrid), “Real Madrid”, İtaliyanın “Milan”, “İnter” və “Yuventus” klubları Avropa Super Liqasında iştiraklarını təsdiqləyib.

"Real Madrid"in prezidenti Florentino Peres Superliqanın prezidenti, Andrea Anyelli və "Mançester Yunayted"dən Coel Qleyzer vitse-prezidenti seçilib. Yarışda iştirak edəcək hər bir kluba 350 milyon avro ödəniləcək. UEFA və FIFA bu turnirin əleyhinə çıxıb.

Digər Xəbərlər
Xəbər Lenti