COP29

Bbizimkilər də gedib başqa Çerçesov gətirəcəklər

10 İyun 08:40 Problem 1 024
Bbizimkilər də gedib başqa Çerçesov gətirəcəklər

Tarixinin ən yaxşı dönəmini keçirən Qazaxıstan millisi həm seçmə mərhələ, həm də Millətlər Liqası yolu ilə Avropa çempionatının final mərhələsinə düşməyə yaxın idi.

Sərgilənilən futbol, qazanılan nəticələr azarkeşləri məmnun etsə də, yığmanın baş məşqçisi Maqomed Adiyev istefa vermək qərarına gəlib.

O, məşqçilik fəaliyyətinə doğma Qroznı şəhərinin "Axmat" klubunda davam etməyə üstünlük verib.

Adiyevin gedişindən sonra vakant posta tanınmış rusiyalı mütəxəssis Stanislav Çerçesov təyinat alıb. Lakin Qazaxıstan Futbol Federasiyasının seçimi futbol ictimaiyyəti və azarkeşlər tərəfindən narazılıqla qarşılanıb. Çerçesovun illik maaşının 1,2 milyon avro olduğuna dair məlumatların yayılması daha çox qıcıq yaradıb. Qazaxıstanda bu fikirdədilər ki, pulu əcnəbiyə xərcləməkdənsə, yerli məşqçi təyin edib, həmin maliyyəni infrastruktura və uşaq futboluna yönəltmək olar.

Söz-söhbətin böyüdüyünü görən federasiya rəsmiləri bu rəqəmin şişirdilmiş olması ilə bağlı açıqlama verib. Amma buna çox da inanmayıblar. Çünki Çerçesov kimi məşqçinin aşağı maaşa anlaşacağı inandırıcı deyil.

Bir tərəfdən baxanda Qazaxıstan millisində uğurla çalışan Maqomed Adiyev də Çerçesov kimi əcnəbi idi. Lakin Adiyev həm futbolçu karyerasında Qazaxıstanda oynayıb, həm də milliyə gələnə qədər "Şaxtyor" (Karaqanda) klubunda baş məşqçi işləyib. Çerçesovdan fərqli Adiyev Qazaxıstan futbolunun incəliklərini bilib, mentalitetə yaxın adam olub.

Bizdə də oxşar vəziyyətdi. Futbol ictimaiyyəti pulu əcnəbilərə dağıtmaqdansa, yerli məşqçiyə güvənməyin tərəfdarıdı. Həmin Stanislav Çerçesovun adı Azərbaycan millisi ilə də hallanırdı. Amma fərqi nədir, Çerçesovu qazaxlar götürdü, bizimkilər də gedib başqa Çerçesov gətirəcəklər. Belə məsələlərdə adlar şərtidir. Əsas odur ki, əcnəbi olsun. Yerlilərə millinin qapısından giriş qadağandır! (sportal.az)

Həmid

Digər Xəbərlər
Xəbər Lenti
12 İyul 18:10 Çək və bizə göndər!
12 İyul 11:00 Bir az bəri gəlin...
12 İyul 08:20 Daha bir transfer etdi
12 İyul 08:10 Millimiz yarımfinalda
12 İyul 01:00 "Sabah" icarəyə verdi