İşçi Qrupunun növbəti iclası sabaha planlaşdırılıb - Qarabağla bağlı

26 Fevral 18:30 Problem 238
İşçi Qrupunun növbəti iclası sabaha planlaşdırılıb - Qarabağla bağlı

Qarabağla bağlı koordinasiya qrupunun növbəti iclasının fevralın 27-də Moskvada keçirilməsi planlaşdırılıb.

Sportinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev bu gün keçirdiyi mətbuat konfransında məlumat verib.

Prezident bununla belə iclasın təxirə salınması ehtimalına diqqət çəkərək, İrəvan tərəfindən hələ dəqiq cavab gəlmədiyini bildirib.

“İki görüş artıq baş tutub. Üçüncüsü sabah Moskvada planlaşdırılırdı, ancaq mənə İrəvanın bunu təxirə salıb-salmadığı barədə hələ ki, məlumat verilməyib. Əgər təxirə salınarsa, biz bunu anlayışla qarşılayarıq”,- deyə İlham Əliyev qeyd edib.

Yanvarın 11-də Azərbaycan, Rusiya və Ermənistan liderləri İlham Əliyev, Vladimir Putin və Nikol Paşinyan arasındakı danışıqlardan sonra üç ölkənin Baş nazir müavinlərinin rəhbərlik etdiyi bir İşçi Qrupu yaradılıb. İşçi Qrupu Qarabağın inkişaf planlarına dair təkliflərini martın 1-dək təqdim etməlidir.

Üçtərəfli İşçi Qrupunun ikinci iclası fevralın 12-də videokonfrans formatında keçirilib.

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:40 Kərim Ronaldonu ötdü