Koronavirus bitməmiş yeni bəla gəlir - “Təcili vaksin tapılmalıdır”

24 Fevral 21:30 Problem 1 071
Koronavirus bitməmiş yeni bəla gəlir - “Təcili vaksin tapılmalıdır”

Dünyada koronavirus pandemiyası bitməmiş daha dəhşətli virusların yayılacağı haqqında proqnozlar verilir.

“İnsanlıq qrip kimi viruslara qarşı universal, daha güclü vaksin icad etməyə tələsməlidir. Çünki bəşəriyyəti daha təhlükəli pandemiyalar gözləyir.

O ki qaldı, COVİD 19 pandemiyasına, koronavirus məşq, yoxlama prosesi kimi gəldi, o daha dəhşətli pandemiyalara xəbərdarlıq və hazırlıq idi”.

Bunu Rusiyanın tanınmış həkimi Aleksandr Myasnikov deyib: “Qarşıda iki daha dəhşətli pandemiya gözlənilir. Bunu alimlər deyir. İki mutasiya olacaq. Birincisi donuz və ya quş qripi mutasiyaya uğrayıb heyvandan insana sürətlə yayılacaq. İkincisi - bu viruslar insandan insana keçəcək. Ölümcüllüyü yüksək olacaq. Bundan xilas üçün bəşəriyyət yeni preparat və vaksinləri pandemiyaya qədər tapmalıdır. Ehtiyatda nə qədər vaxtımızın olmasını isə heç kim bilmir. Biz koronavirusdakı kimi virus yayılandan sonra vaksin tapmamalıyıq. Bu, faciə ola bilər”.

Aleksandr Myasnikov - Publika.Az

Aleksandr Myasnikov

Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyi (AQTA) isə quş qripi ilə bağlı vətəndaşları diqqətli olmağa çağırıb. Agentliyin məlumatında deyilir ki, hazırda dünyanın 45 ölkəsində, o cümlədən Azərbaycanla həmsərhəd olan Rusiya, İran və Qazaxıstanın bəzi inzibati ərazi vahidlərində quş qripi xəstəliyi davam edir. Həmin ölkələrdən 36-da alovlanma ev quşları arasında baş verdiyindən respublikamızın ərazisini sözügedən ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorumaq məqsədilə AQTA tərəfindən diri quş və quşçuluq məhsullarının idxalına müvəqqəti məhdudiyyət tətbiq edilməsi ilə bağlı müvafiq qərarlar qəbul edilib.

Medicina.az - Quş qripi ilə bağlı vətəndaşlara XƏBƏRDARLIQ

Quş qripinin əlamətləri

Qripin bu növü quşlar arasında daha çox yayılıb. Xəstəlik ilk dəfə 100 il əvvəl İtaliyada qeydə alınıb. Xəstəliyin 135 növü, 46 variantı var. Quş qripi 24 növ patogen quşlar tərəfindən insanlara yoluxur.

İnsanlara yoluxan quş qripi virusu H5N1 adı altında 1997-ci ildən Yer kürəsinin bir çox ölkələrində insan ölümünə səbəb olub.

Xəstəlik quşlardan insana keçməklə yanaşı insandan-insana da keçə bilir. Virusun yayılmasının qarşısını heç nə ilə almaq olmur, o, günü-gündən aqressivləşir. Xəstəlik səbəbindən indiyə qədər 150 milyon adamın öldüyü qeydə alınıb.

Xəstəlik çöl quşlarından ev quşlarına, onlardan da insanlara yoluxur.

Quş qripinin inkubasiya dövrü 2-3 gündür. Xəstəlik kəskin əlamətlərlə başlayır, xəstədə yüksək qızdırma, mialqiya, zökəm əlamətləri, kataral əlamətlər özünü göstərir. Xəstənin boğazında ağrılar və udqunmada çətinliklər meydana çıxır. 50 faiz xəstələrdə diareya əlamətləri özünü göstərir. Xəstələrdə quru öskürək, səsdə xırıltılar, aşağı arterial təzyiq, dəridə sianoz, baş ağrıları, ürəkbulanma, qusma əlamətləri meydana çıxır. Uşaqlarda meningit, ensofalit əlamətləri özünü göstərir.

Quş qripi zamanı xəstələrdə aşağıdakı patologiyalar meydana çıxır:

- böyrəklərin zədələnməsi, kreatininemiya

- qaraciyərin zədələnməsi, hiperfermentamiya

- leykopeniya, EÇS-in yüksəlməsi, trombositopeniya

- hemorragik sindrom

- diareya

- pnevmoniya

- stress sindromları.

Differensial diaqnostika zamanı aşağıdakı xəstəliklərin əlmətləri özünü gəstərir:

- paraqripp

- pnevmoniya

- adenovirus infeksiya xəstəlikləri

- rinovirus infeksiyası.

Xəstəliyin müalicəsində antibiotiklərdən, edamantanlardan, simptomatik müalicə üsullarından, kortikosteroidlərdən istifadə edilir. Xəstəliyin gedişi bədxassəlidir.

Göründüyü kimi, koronavirusdan canımızı qurtarmamış quş qripi təhlükəsi ilə üz-üzəyik. İki cəbhədə vuruşmaq necə olacaq, buna hazırıqmı?

Mərdan Əliyev həm peşəkar, qayğıkeş və səmimi insan

Mərdan Əliyev

Mövzu ilə bağlı “Yeni Müsavat”a infeksionist-hepatoloq Mərdan Əliyev danışıb: “Təbii ki, çətin olacaq. Bir işıq ucu odur ki, koronavirusdan yoluxanların sayında azalma var. Vaksinasiyaya da başlanılıb. Digər tərəfdən, İngiltərə ştammı bizdə yoxdur. O da yaxşı haldır. O da bizə gəlsə, necə olacaq bilmirik. Peyvəndin o virusa qarşı necə təsir göstərəcəyini də bilmirik. Yəni bir az vəziyyət qarışıqdır. Amma ümid edək ki, vaksinlər öz effektini çox yaxşı göstərəcək, koronavirusun sayında azalma olacaq. O ki qaldı quş qripinin yaymasına, müəyyən qadağaların tətbiq olunması ilə bu virusdan da yan keçmək olar. Çünki onun koronavirus qədər güclü yoluxuculuq qabiliyyəti yoxdur. Əsasən quşlardan insana keçdiyinə görə bunun qarşısını almaq müəyyən qədər rahatdır. Quşlardan uzaq durmaq, yaxud da bir müddət quş əti yeməmək, müəyyən infeksiya işləri virusun qarşısını almağa imkan verəcək”.

İnfeksionist daha dəhşətli virusların yayılacağı kimi xəbərlərə də münasibət bildirib: “İnsanlar olan yerdə epidemiyalar qaçılmazdır. Bəşər tarixində pandemiyalar olub. Quş, donuz qripləri oldu. SARS, MERS oldu, qədim zamanlarda taun, vəba olub. Qədim vaxtlarda olan epidemiyalar daha çox yoluxucu və öldürücü olub. Bu da ondan irəli gəlir ki, o zaman tibb inkişaf etməmişdi. Xəstəliyin səbəbi gec tapılırdı. Əks epidemik tədbirlər də zəif idi. İnsanların yaşayış şəraiti zəif idi. İnsanların ölməsi faktları qat-qat çox idi. İndiki, müasir dövrdə isə həyat şəraitinin yaxşılaşdırılması ilə əlaqədar vəziyyət stabildir. Təbii ki, epidemiya, pandemiya olsa da, bundan ölüm halları əvvəlki dövrlərə nisbətən azdır. Bir sözlə, pandemiyalar qaçılmazdır. Müasir elm bunun qarşısını vaksinlə alır. Tibb elmi daha yaxşı inkişaf etmiş olsa, vaksinin hazırlanması daha sürətlə olar. Xəstəliyin də qarşısını almaq olar.

O ki qaldı insanların viruslardan necə qorunacağı məsələsinə, fərdi şəkildə virusdan qorunmaq bir az çətindir. Bu bizim əlimizdə deyil. Təbii şəraitdə də virus mutasiyaya uğrayaraq ortaya çıxır, sürətlə yayılır. İnsanlar yaxın təmasda olur, gediş-gəliş var, dünya ilə əlaqəliyik. Ona görə Afrikada meydana gələn virus bir gecəyə Azərbaycana da gəlib çıxa bilər".

Bill Gates (@BillGates) | Twitter

Bu arada “Maykrosoft” qurucusu, milyarder Bill Qeyts Münhen deyib ki, vaksin istehsal edən müəssisələrin inşasına bir neçə milyardlıq investisiya ayrılmalıdır: “Bizə investisiya lazımdır. Pandemiyanın bir daha baş verməyəcəyinə əmin olmaq üçün bir neçə milyard dollar vəsait lazımdır”.

Rauf Sultanov:

Rauf Sultanov

Bizimlə söhbətdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru, geologiya elmləri doktoru Rauf Sultanov da qeyd edib ki, viruslarla bağlı baş verən proseslər onunla əlaqədardır ki, insan orqanizminin də dövrü dəyişib: “Xəstəliklərin də çoxunu viruslar əmələ gətirir. Düzdür, koronavirusa qarşı peyvəndlər aparırlar, bunu dəstəkləyirəm, bu, çox gözəl təşəbbüsdür. Amma təkcə koronavirusa yox, ümumi orqanizmdə virus xəstəliklərinə qarşı müqaviməti artırmaq üçün müəyyən proseslər getməlidir. Elə bir preparat hazırlanmalıdır ki, bütün virus xəstəliklərinə qarşı effektliyini verə bilsin. Bunu mən demirəm. Hazırda dünyanın ən məşhur alimləri bu məsələni diqqətdə saxlayırlar”.

Digər Xəbərlər
Xəbər Lenti
21 Aprel 22:00 32-ci dəfə çempion
21 Aprel 11:00 Əlbəyaxa futbol
21 Aprel 01:52 Salah kapitan seçildi