“Qazilər sənədlər üçün dəfələrlə gedib-gəlməli deyil”

23 Fevral 2021 11:30 Problem 463
“Qazilər sənədlər üçün dəfələrlə gedib-gəlməli deyil”

Sportinfo.az xəbər verir ki, Milli Məclisin deputatı Nigar Arpadari qazilərin üzləşdiyi problemlərdən danışıb.

Millət vəkili parlamentdəki çıxışında bildirib ki, bu gün müharibədə yaralanmış qazilər müəyyən müəssisələrdən kağız almaq üçün növbəyə dururlar: “Bu da onlar üçün çətinlik yaradır. Aydındır ki, qurumlar işini prosedura uyğun qurublar. İndiki halda isə bunu sistem halına salmalıyıq.

Yaralılarımız bilməlidir ki, dövlət onların qayğısına qalır. Bu məqsədlə də ASAN Xidmət modeli yaradılmalıdır. Onlar sənədləri almaq üçün dəfələrlə gedib-gəlməli deyil. Səyyar ASAN və könüllülər xidməti təşkil edilməlidir”.

Milli Məclisin deputatı Tahir Kərimli də çıxışında qazilərin problemlərinə toxunub. O qeyd edib ki, müvafiq qurumların qazilərə yerindəcə statusların verilməsi üçün respublikanın bütün yerlərində regional şöbələr yaradılmalıdır: “Onlar Bakıya gəlib-getməkdə çətinlik yaşayırlar”.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!