“Laçın dəhlizi ilə hərəkət təhlükəsizdir, atəşkəsə riayət olunur” - Rusiya MN

28 Yanvar 2021 13:50 Problem 1 154
“Laçın dəhlizi ilə hərəkət təhlükəsizdir, atəşkəsə riayət olunur” - Rusiya MN

“Dağlıq Qarabağda bütün təmas xəttində atəşkəsə əməl olunur”.

Sportinfo.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat verib.

“Rusiya sülhməramlı kontingentinin hərbi qulluqçuları 27 müşahidə məntəqəsində atəşkəsə riayət olunmasına nəzarət və monitorinq tapşırıqlarını yerinə yetirməyə davam edirlər.

Rus sülhməramlıları mülki nəqliyyat vasitələrinin və sakinlərin Laçın dəhlizindəki hərəkətinin təhlükəsizliyini, ərzaq məhsulları və müxtəlif malların daşınmasını təmin edirlər. Atəşkəsə təmas xətti boyunca əməl olunur”,- deyə açıqlamada vurğulanıb.

Həmçinin qeyd olunub ki, Rusiya sülhməramlı kontingentinin müşahidə məntəqələrinin heyətləri pozuntuların qarşısını almaq, habelə müşahidə postlarına mümkün hücumların qarşısının alınması üzrə müntəzəm olaraq döyüş hazırlığı təlimləri həyata keçirir.

Digər Xəbərlər
Xəbər Lenti
26 Dekabr 18:10 Çək və bizə göndər!
26 Dekabr 08:40 Bu da 7 qol! - VİDEO
26 Dekabr 02:30 Bu siyahıda onlar da var
26 Dekabr 01:10 İsayevin halı necədir?