Oqtay Abdullayevin “qaz” sponsor axtarışı

26 Yanvar 2021 17:40 Problem 734
Oqtay Abdullayevin “qaz” sponsor axtarışı

Futbol biznesdir.

Bütün dünyada biznesmenlər futbola pul yatırıb, pul qazanırlar.

Məsələn, Roman Abarmoviç “Çelsi”nin səhmlərini cəmisi 300 milyon funta almışdı, indi 3 milyard verirlər, satmır.

Oralarda futbolu çoxdan gəlir gətirən biznes sahəsinə çeviriblər. Azərbaycanda da biznesmenləri futbola pul yatırmağa dəvət edirlər.

Amma pul qazanmağa yox, el arasında deyildiyi kimi, “yonulmağa”. Oqtay Abdullayev tovuzlu biznesmenlərdən şikayətlənib. Deyib ki, rayonda xeyli sahibkar olsa da, futbola yatırım edən yoxdur.

Ay Oqtay müəllim, sahibkar min bir zülmlə qazandığı pulu futbola niyə səpməlidir, bir halda ki, ordan qara qəpik də xeyri olmayacaq?

Sahibkarın sosial öhdəliyi varsa, imkansızlara, şəhid ailələrinə, qazilərə, ordumuza, kasıb tələbələrə yardım etməlidir.

Bax, o sahibkarın biri sən özün. Şəhərin mərkəzində “Neftçibaza” adlanan obyekti neçə illərdir işlədirsən, qaz vurub, qazan doldurursan. Amma o bazanın dağılmış süni örtüyünü qazandığınla dəyişmirsən. Gözləyirsən ki, dövlət pul ayırsın, onun da yarısını çırpışdırasan. Amma tovuzlu sahibkarları qınayırsan.

Onlar futbola niyə pul ayırsınlar? Oqtay Abdullayevlərin mənimsəməsi üçün? İndiyə qədər Azərbaycanda futbola yatırım edən neçə sahibkar müflis olub?

Sayı yox, hesabı yox. Futbolumuz nə qazanıb? Heç nə. Amma əvəzində bir neçə dələduz varlanıb.

Oqtay Abdullayev futbola yatırım edəcək sahibkar axtarmır, “qaz” axtarır, yolmaq üçün. Yoxdur ey, Oqtay müəllim, daha o “qaz” yoxdur.

BİZ

Digər Xəbərlər
Xəbər Lenti