"Sabah” 6 turdan sonra qələbə qazandı

23 Noyabr 2020 17:52 Premyerliqa 428
"Sabah” 6 turdan sonra qələbə qazandı

Bu gün Azərbaycan Premyer Liqasında 10-cu tura yekun vurulub.

Sportinfo.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.

Turun qapanış matçında “Sabah”la “Səbail” üz-üzə gəlib. Noyabrın 21-də baş tutmalı olan görüş futbolçuların yenidən koronavirus testindən keçməsi səbəbindən bu günə təxirə salınmışdı.

Hər iki komanda, xüsusən də, qonaqlar futbolçuları koronavirusa yoluxduğu üçün meydana itkilərlə çıxıb.

Mövsümə məğlubiyyətlərlə başlasa da, son 5 matçda 2 qələbə, 3 heç-heçəyə imza atan “Səbail” uğurlu seriyanın davamına, artıq 6 oyundur yenilgiləri sıralayan “Sabah” isə tilsimi qırmağa çalışıb. Qarşılaşma məhz meydan sahiblərinin qələbəsiylə başa çatıb.

Turun digər oyunlarında “Qarabağ” “Sumqayıt”ı (6:1), “Zirə” “Keşlə”ni (3:1), “Neftçi” isə “Qəbələ”ni (4:1) məğlub edib.

23 noyabr

“Sabah” – “Səbail” 2:1
Qol: A.Diallo, 11. A.Seydiyev, 33. - Rauf Əliyev 90+5 (pen)
Baş hakim: Rəşad Əhmədov.
Masazır. “Bank Respublika Arena”.

Sabah: 1. Saşa Stamenkoviç, 2. Amin Seydiyev, 4. Bəhlul Mustafazadə, 7. Coşqun Diniyev, 11. Ozan Can Kökcü, 14. Slavik Alxasov, 15. Ruslan Abışov (k), 18. Xulio Sezar Rodriqez, 23. Amadu Diallo, 28. Kevin Kubemba, 30. Mario Marina.
Ehtiyat oyunçular: 12. Alvaro Villete, 3. Ulise Diallo, 8. Elşən Abdullayev, 17. Məhəmməd Mirzəbəyov, 20. Elçin Mustafayev, 29. Ceyhun Nuriyev, 46. Aleksey İsayev, 77. Veysəl Rzayev, 90. Ramil Şeydayev.
Baş məşqçi: Visente Qomes.
Səbail: 96. Nikolas Hagen, 3. Turan Manafov, 8. Bəxtiyar Rəhmani, 9. Florian Kadriu, 11. Rauf Əliyev, 14. Rahid Əmirquliyev (k), 16. Peyman Keşavarzi, 27. Hendrik Ekşteyn, 34. Ürfan Abbasov, 55. Adil Nağıyev, 99. Bahadur Həziyev.
Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 2. Arsen Ağcabəyov, 6. Orxan Qurbanlı, 13. Əli Sadıxov, 17. Elçin Rəhimli, 28. Məqsəd İsayev, 29. Amil Yunanov, 77. Ədilxan Qarəhmədov.
Baş məşqçi: Aftandil Hacıyev.

Digər Xəbərlər
Xəbər Lenti