COP29

“Qarabağ”la ayaqlaşan komandamız yoxdur"

24 Aprel 08:20 Premyerliqa 1 454
“Qarabağ”la ayaqlaşan komandamız yoxdur"

Premyer Liqada hazırda 6 komanda ikincilik uğrunda mübarizə aparır.

Turnir cədvəlində çoxdandır görmədiyimiz bir mənzərə yaranıb.

“Qarabağ” mövsümün sonuna 8 tur qalmış çempionluğunu rəsmiləşdirsə də, “Zirə”, “Sumqayıt”, “Neftçi”, “Sabah”, “Səbail” və “Turan Tovuz”un ikinci olmaq şansı bir-birinə yaxındır.

Çünki sona 5 tur qalmış 2-ci pillədə qərarlaşan “Zirə”nin 49, 7-ci yerdə olan “Turan Tovuz”un isə 42 xalı var.

Bəs, çempionatdakı bu mənzərə yarışdakı rəqabətdən xəbər verirmi?

Sportinfo.az xəbər verir ki, qol.az bu mövzü ilə bağlı futbol mütəxəssisi Yunis Hüseynovun fikirlərini öyrənib.

O qeyd edib ki, hazırkı durum çempionatda güclü rəqabətin olması demək deyil: “Bu, heç nədən xəbər vermir. Çox adam deyir ki, çempionatda rəqabət var, əladır, amma mən düşünürəm ki, bu, yaxşı hal deyil. Onda yaxşı olardı ki, 4-5 komanda çempionluq uğrunda mübarizə aparardı. Bu halda çempionatın marağı olardı. “Qarabağ” rəqiblərindən 25-30 xal qabaqdadır. Bu o deməkdir ki, sadəcə “Qarabağ”la ayaqlaşan komandamız yoxdur. Digər komandaların isə gücü bir-birinə yaxındır.

Ona görə onların aralarındakı xal fərqi azdır. Bu, çempionatımızın səviyyəsinin qalxmağını göstərmir. Əslində bu, 9 komandanın çempionluq uğrunda mübarizə aparmamağının göstəricisidir. Bizim büdcəsi yaxşı olan komandalarımız da var. Hansı ki, səviyyəli komanda yarada bilərlər. Bunu “Neftçi”, “Sabah” və “Zirə” edə bilər. Amma təəssüf ki, “Qarabağ” mövsümün sonuna 8 tur qalmış çempionluğunu rəsmiləşdirdi. Əvvəllər bunu sona 3-4 tur qalmış edirdilər. “Qarabağ” niyə özünü ən yaxşı tərəfdən avrokubok oyunlarında gösərir? Çünki orada qarşısındakı komandalarla rəqabət aparır. Çempionatda rəqbət olmayanda “Qarabağ”ın futbolçularında da geriləmə olur”.

Y.Hüseynov bildirib ki, “Qarabağ” olmasaydı və qalan komandalar bu cür çempionluq yarışı aparsaydı belə, onların gücünü avrokuboklarda görərdik: “Hamısı mübarizəni dayandırıb geri qayıdanda bilərdik ki, çempionatımız zəifdir. Ola bilər ki, “Qarabağ” həddindən artıq yaxşı komandadır və buna görə rəqiblərindən çox fərqlənir, amma yenə də digər komandalar da çempionluğa oynamalıdır. Maraq onda olar ki, komandalarımız 2-cilik yox, çempionluq uğrunda bu cür yarışsınlar”.

Digər Xəbərlər
Xəbər Lenti