“Çempionat keçirilir ki, sonda çempion bilinsin. Ölkə kubokunun sahibi, avrokuboklara vəsiqə qazanan komandalar müəyyənləşməlidir“.
Sportinfo.az xəbər verir ki, bu sözlər Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevə məxsusdur.
Koronavirus pandemiyası ilə əlaqədar Azərbaycan Premyer Liqasına aprelin 14-dək fasilə verilib. Bu qərar martın 13-də qəbul olunub.
R.Musayevin fikrincə, Avropada futbol bərpa olunmayacaqsa, bizdə Premyer Liqanın davam etdirilməsinin xeyri yoxdur: Çempionlar Liqasının və Avropa Liqasının qalibi bilinməsə, bizim çempionatı bitirməyimizin nə mənası var?
Yaxud Avropada hər şey bərpa olunsun, amma Allah eləməsin, Azərbaycanda olunmasın, bizim üçün nə xeyri olacaq? Bunlar hamısı bir-birinə zəncirvari bağlıdır.
Avropa ilə bağlılığımız ona görədir ki, daha əvvəl başlasalar, bizim sonradan gəlməyimiz çətinlik yaradacaq. Bu dəqiqə dəqiq cavab vermək çox çətindir. Ancaq dua eləməliyik ki, bəladan uzaq olaq, itkimiz olmasın. Körpələr, ağsaqqallar, ağbirçəklər yazıqdırlar. Allah hamının köməyi olsun”.