"Qarabağ" irəli, "Neftçi" və "Sabah" geri getdi - REYTİNQƏ BAXIN

20 Yanvar 12:40 Premyerliqa 1 030
"Qarabağ" irəli, "Neftçi" və "Sabah" geri getdi - REYTİNQƏ BAXIN

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni reytinq cədvəlini açıqlayıb.

Sportinfo.az xəbər verir ki, 702 komandadan ibarət siyahıda Azərbaycanın 3 klubu yer alıb.

Ötən ay 84-cü yerdə olan “Qarabağ” 11 pillə irəliləyərək 73-cü pilləyə yüksəlib. Ağdam təmsilçisinin hesabında 145,5 xal var.

“Neftçi” və “Sabah”da isə geriləyib. “Neftçi” (53,75 xal) 378-ci sıradan 469-cu sıraya “Sabah” isə (55,5 xal) 391-ci yerdən 436-cı yerə düşüb.

Dünya reytinqinə “Mançester Siti” (359 xal) başçılıq edir.“Real” (332 xal) 2-ci, “İnter” (289) 3-cüdür.

Xəbər Lenti