Azərbaycan futboluna böyük yeni sponsor gəlir?

14 Mart 2020 20:40 Premyerliqa 4 139
Azərbaycan futboluna böyük yeni sponsor gəlir?

Azərbaycanda şans oyunları və mərc bazarında fəaliyyət göstərmək üçün yeni şirkət yaradılıb.

"Bakufintech" şirkəti bu sektorda fəaliyyət göstərmək üçün müvafiq lizensiya alıb.

Şirkətin tezlijkə geniş fəaliyyətə başlayacağı gözlənlir. Yeni qanuni mərc operatoru olan şirkət Azərbaycan Respublikası ərazisində mərc həvəskarları üçün "probet.az" saytını təqdim edəcək.

Hazırda Azərbaycan ərazisində idman yarışlarına mərc qəbul edən və ölkə qanunverciliyi əsasında "Topaz" brendi altında fəaliyyət göstərən yeganə şirkət "Azərinteltek"dır. Naxçıvan Muxtar Respublikası ərazisində isə bu fəaliyyətlə "Arazbet" şirkəti məşğul olur (offsideplus.az).

Yeni rəqib birdən-birə ortalığa çıxmayıb. Buna hazırlıq işləri 2 ilə yaxındır davam edirdi və Sportinfo.az bu haqda hələ o vaxt yazırdı.

Düzdür, indi bəzi mətbu orqanlar iddia edir ki, "Azərinteltek"lə "Bakufintech" bir mərkəzdən idarə olunacaq, ancaq bizdəki məlumata görə, bu, hələ dəqiq deyil.

Mümkündür ki, heç belə də olmasın. Çünki ikinci mərc operatorunun ərsəyə gəlməsində başqa maraqlı insanlar var, hansı ki, "Azərinteltek"ə birbaşa və ya dolayısı ilə aidiyyatı yoxdur.

Lakin gözlənilən budur ki, "Bakufintech" qısa müddət ərzində mərc bazarında yerini tutacaq və möhkəmlənəcək. Adıçəkilən şirkətin ölkənin futbol camiəsinə yaxınlığı daha çoxdur.

"Topaz"ın Premyer Liqaya sponsorluq etməkdən boyun qaçırmasından sonra yaranan boşluğu məhz"Bakufintech"in tutacağı gözlənilir.

"Topaz"ın əsas səhmdarı kimi çox yerdə Azərbaycan Voleybol Federasiyasının prezidenti Cavid Qurbanovun Adı keçir. Həmçinin "Bakı"nın prezidenti Hafiz Məmmədovun da burada payçı olması məlumdur.

Digər Xəbərlər
Xəbər Lenti
8 İyul 23:00 AFFA-nın pulu yoxdur?