Millimizlə matçda 3 qol buraxdı, Premyer Liqamızdan təklif aldı

14 Yanvar 09:00 Premyerliqa 2 342
Millimizlə matçda 3 qol buraxdı, Premyer Liqamızdan təklif aldı

Qazaxıstan millisinin qapıçısı Aleksandr Zarutski karyerasını Azərbaycanda davam etdirə bilər.

Sportinfo.az yerli mətbuata istinadən xəbər verir ki, 31 yaşlı qolkiper Premyer Liqadan təklif alıb.

“Astana”dan yenicə ayrılan Zarutski hazırda azad agent statusu daşıyır. Qazaxıstan KİV-i onun yaxın günlərdə yekun qərarını verəcəyini yazıb.

Qapıçının karyerasını öz ölkəsində davam etdirmək şansı daha yüksək qiymətləndirilir.

Aleksandr Zarutski Qazaxıstan millisinin formasını yalnız ötən il Azərbaycan yığmasına 2:3 hesabı ilə məğlub olduqları yoldaşlıq görüşündə geyinib.

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 08:40 Cəfərov UEFA-ya lazım oldu
16 Sentyabr 05:10 “Şahdağ” Bayıl yolunda