COP29

Premyer Liqanın 3 klubunu ŞOK EDƏN XƏBƏR – Çıxış yolu tapın!

9 İyul 20:00 Premyerliqa 1 409
Premyer Liqanın 3 klubunu ŞOK EDƏN XƏBƏR – Çıxış yolu tapın!

Bakı Olimpiya Stadionunun rəhbərliyi Premyer Liqa klublarına məlumat göndərib.

Xəbərdə bildirilir ki, arenanın qapıları son bir neçə ildə ölkənin bir nömrəli stadionundakı meydanların xidmətindən yararlanan elita təmsilçilərinin üzünə bağlanacaq.

Buna səbəb noyabrda ölkəmizdə keçiriləcək “COP 29” tədbiri ilə bağlıdır. Sayca 29-cu olan tədbirin hazırlıqlarına indidən start verilib. Və bu proses dekabra qədər davam edəcək.

Bu o deməkdir ki, həftəiçi məşqlər üçün BOS-dakı qazonlardan yararlanan “Zirə”, “Turan Tovuz”, “Araz-Naxçıvan”, eləcə də milli komandalar və hakimlər başının çarəsinə baxmalıdırlar.

Çıxış yolunu necə tapacaqlar, bu, klub rəsmilərinin öhdəsinə düşən işdir.

Bilinən odur ki, BOS-un qapıları futbol təsərrüfatının üzünə dekabra qədər bağlı olacaq.

Yanvar ayındakı toplanış üçün əksəriyyət Antalyanın yolunu tutur. Fevraldan maya qədər işlərin hansı səmtdə davam edəcəyi tədbirdən sonra qazonun vəziyyətindən asılı olacaq.

Həmin dönəmdə meydanların bərpa təmirinə bağlanacağı ehtimal olunur. Görünən budur ki, klublar qarşıdakı mövsümdə ümumiyyətlə BOS-a ayaq basa bilməsinlər.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
22 İyul 18:10 Çək və bizə göndər!
22 İyul 11:00 Dama-dama göl olar…