COP29

"Qarabağ" evdə 2, "Zirə" səfərdə 3 qolla qalib gəldi

25 Fevral 20:50 Premyerliqa 816
"Qarabağ" evdə 2, "Zirə" səfərdə 3 qolla qalib gəldi

Bu gün Premyer Liqada 24-cü tura yekun vurulub.

Sportinfo.az xəbər verir ki, son oyun günündə 2 görüş keçirilib.

Əvvəlcə "Araz-Naxçıvan" "Zirə"ni qəbul edib. Matç qonaq komandanın 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Beləliklə, qəsəbə təmsilçisi ölkə çempionatında 10 turdan sonra qalib gəlib. "Zirə" bundan əvvəl 13-cü turda "Qəbələ"yə qalib gəlmişdi.

Günün və turun son matçında isə lider "Qarabağ" 2-ci pillədə qərarlaşan "Sumqayıt"ı qəbul edib və rəqibini 2:0 hesabı ilə məğlub edib.

Turun əvvəlki oyunlarında “Kəpəz” “Qəbələ”ni (2:1), “Səbail” “Sabah”ı (2:0) məğlub edib, “Turan Tovuz”la “Neftçi” (1:1) bərabərə qalıblar.

25 fevral

16:30. “Araz-Naxçıvan” – “Zirə” 0:3

Qollar: Vanderson, 20 (avtaqol), Rəhim Sadıxov, 74, Rafael Utziq, 77

Hakimlər: Rauf Allahverdiyev, Pərvin Talıbov, Zöhrab Abbasov, Kamal Umudlu.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
“Dalğa Arena”

“Araz-Naxçıvan”: 12. Kristian Avram, 6. Vadim Abdullayev, 10. Orxan Əliyev (k), 3. Turan Manafov, 22. Elçin Mustafayev, 19. Aksel Nqando, 29. Vanderson Melo, 23. Nuno Rodriqes, 42. Kadiri Mohammed, 14. Miço Kuzmanoviç, 27. Numan Kurdiç

Ehtiyat oyunçular: 91. Semir Bukviç, 1. Vüsal Şabanov, 39. Tural Bayramlı, 7. Nicat Süleymanov, 17. İldar Alekperov, 55. Zamiq Əliyev, 88. Tuqay Əlizadə, 11. Ramin Nəsirli, 9. Elvis Maşike, 8. İsmail Azzaui

Baş məşqçi: Azər Bağırov

“Zirə”: 97. Tiaqo Silva, 77. Məqsəd İsayev, 10. Rəhim Sadıxov, 32. Qismət Alıyev (k), 20. İsmayıl İbrahimli, 29. Ceyhun Nuriyev, 5. Stefan Aka, 4. Ruan Renato, 23. Rafael Utziq, 28. Abbas İbrahim, 19. Salifu Suma

Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 50. Səlim Həşimov, 8. İlkin Muradov, 21. Hacıağa Hacılı, 16. Fuad Bayramov, 66. Pərviz Azadov, 44. Dmitrios Çantakias, 70. İssa Cibrila, 15. Pyer Zebli, 6. Eldar Quliyev

Baş məşqçi: Rəşad Sadıqov

19:00. “Qarabağ” – “Sumqayıt” 2:0

Qollar: Adama Diakabi, 52, Yassin Benzia, 83

Hakimlər: Nicat İsmayıllı, Teymur Teymurov, Asiman Əzizli, Vüqar Həsənli.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Tofiq Bəhramov adına Respublika stadionu

Qarabağ”: 23. Luka Quqeşaşvili, 20. Riçard Almeyda, 5. Maksim Medvedev (k), 30. Abbas Hüseynov, 24. Aleksey İsayev, 44. Elvin Cəfərquliyev, 90. Nəriman Axundzadə, 66. Patrik Andrade, 11. Adama Diakabi, 2. Mateus Silva, 19. Redon Cica

Ehtiyat oyunçular: 99. Andrey Lunyov, 89. Amin Ramazanov, 55. Bədavi Hüseynov, 13. Bəhlul Mustafazadə, 27. Toral Bayramov, 29. Marko Veşoviç, 10. Abdullah Zubir, 7. Yassin Benzia, 8. Marko Yankoviç, 18. Olavio Juninyo, 6. Julio Romao, 15. Leandro Andrade

Baş məşqçi: Qurban Qurbanov

“Sumqayıt”: 1. Mehdi Cənnətov, 14. Elvin Bədəlov (k), 7. Rövlan Muradov, 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 19. Roi Kehat, 11. Kasimir Ninqa, 12. Abu Dosso, 4. İsa Suliman, 10. Kamran Aliev, 71. Masaki Murata

Ehtiyat oyunçular: 15. Orxan Sadıqlı, 32. Murad Ağamalıyev, 30. Kamran Quliyev, 20. Ayxan Süleymanlı, 21. Nihad Əhmədzadə, 35. Sənan Muradlı, 58. Oktavio Manteka, 9. Erik Sorqa

Baş məşqçi: Samir Abasov

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!