.jpg)
AFFA İcraiyyə Komitəsinin (İK) iclasının vaxtı növbəti dəfə dəyişdirilib.
Komitə üzvləri, öncədən planlaşdırıldığı kimi, iyunun 5-də bir araya gəlməyəcək.
İclas iyunun 15-dək ertələnib. Buna səbəb yeni mövsümlə əlaqəli qərarlar ətrafında yaranmış qeyri-müəyyənlikdir.
Əsas da Premyer Liqa ilə bağlı. Belə ki, gələn sezon elitada neçə klubun mübarizə aparacağı federasiya rəhbərliyində fikir ayrılığı yaradıb.
Baş katib Sərxan Hacıyev və digərləri hazırkı iştirakçı sayının olduğu kimi saxlanılmasını istəyirsə, bu rəqəmin 12-yə çatdırılması variantını irəli sürənlər də az deyil.
AFFA prezidenti Rövnəq Abdullayev də qərar verməyə çətinlik çəkir. Federasiya başçısı artıq məsələni daha yuxarı çevrələrin diqqətinə çatdırıb.
SPORTİNFO.AZ