Azərbaycanın 3 klubu "Seltik"in hücumçusundan imtina etdi

28 Yanvar 2023 01:10 Premyerliqa 1 063
Azərbaycanın 3 klubu "Seltik"in hücumçusundan imtina etdi

"Portsmut" və "Seltik" kimi klublarda oynamış Nadir Çiftçi karyerasını Azərbaycanda davam etdirmək şansına sahib olub.

Sportinfo.az xəbər verir ki, sportal.az-a verilən məlumata görə, 30 yaşlı forvard bu qış Premyer Liqadakı üç təmsilçimizə təklif olunub.

Amma Çiftçinin xidmətində maraqlı olan klub tapılmayıb.

"Portsmut”, “Kayserispor”, “NAK Breda”, “Dandi Yunayted”, “Seltik”, “Eskişehirspor”, “Poqon”, “Motervel”, “Gənclərbirliyi”, “Rizəspor”, “Samsunspor”, “Ankaragücü” klublarında çıxış etmiş təcrübəli hücumçu son olaraq Yunanıstanda “Makedonikos”da oynamışdı.

Azərbaycana gəlişi alınmayınca, forvard Türkiyə aşağı liqa təmsilçisi “İskenderunspor”la anlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
15 İyul 18:10 Çək və bizə göndər!