“Neftçi”yə uduzdular, acığa düşdülər, isti su vermədilər

23 Sentyabr 2022 17:20 Premyerliqa 2 766
“Neftçi”yə uduzdular, acığa düşdülər, isti su vermədilər

AFFA İntizam Komitəsinin (İK) qərarları açıqlanıb.

Sportinfo.az xəbər verir ki, İK Premyer Liqada çıxış edən 5 klubu cərimələyib.

"Turan Tovuz"un futbolçusu Şakir Seyidov Bakıda "Sabah"a 1:3 hesabı ilə uduzduqları VII tur matçında qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb.

22 yaşlı müdafiəçi Tovuz təmsilçisi isə 1 600 manat xərcə slaıb.

“Qəbələ” - “Sumqayıt” görüşündə (1:0) "qırmızı-qaralar"ın azarkeşləri Elçin Məsiyevi təhqir etdiyi üçün meydan sahibləri 4000 manat cərimə olunub.

Bundan başqa, əyalət təmsilçisinin yarımmüdafiəçisi Rövlan Muradov birbaşa qırmızı vərəqə ilə meydandan qovulduğu üçün 2 oyunluq diskvalifikasiya alıb. Klub isə 1600 manat cərimə ödəyəcək.

“Səbail” evdə “Neftçi”yə 0:2 hesabı ilə məğlub olduğu qarşılaşmadan sonra isti su təchizatının olmaması səbəbindən 800 manat cərimə olunub.

"Kəpəz" isə azarkeşlərinə görə ziyana düşüb. Fanatlar Qəbələdə "Şamaxı" ilə görüşdə (2:1) hakimlərin ünvanına qeyri-etik və təhqiramiz ifadələr işlətdiyi üçün Gəncə təmsilçisi 4000 manat cərimələnib.

Həmçinin “Kəpəz”in 8 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığına görə klub əlavə 800 manat cərimə ödəməli olacaq.

"Şamaxı" isə 2-ci hissədə meydana 3 dəqiqə gec daxil olduğu üçün 800 manat cərimələ olunub.

Bundan əlavə, bölgə təmsilçisinin futbolçusu Rauf Hüseynli oyundan sonra hakimin qərarına etirazını bildirdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, komandasını isə 200 manat xərcə salıb.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!