Tovuzda bu xəbərə sevinəcəklər

11 Avqust 2022 23:40 Premyerliqa 1 061
Tovuzda bu xəbərə sevinəcəklər

9 illik fasilədən sonra “Turan Tovuz” Premyer Liqaya məğlubiyyətlə start verdi.

Doğma meydanda “Qəbələ”yə məğlub (0-2) olduğu matçda Qərb təmsilçisi böyük ümidlərlə komandaya transfer olunan Nathan Oduvanın xidmətindən məhrum olmuşdu.

Səbəb isə sabiq “Tottenhem”linin oyun günü yüksək hərarətinin olması idi.

Amma artıq ingiltərəli oyunçu özünü yaxşı hiss edir. Klubdan məlumat verilib ki, dünəndən məşqlərə başlayan hücumçunu ikinci tur matçında meydanda görə bilərik.

Tovuz təmsilçisi qarşıdakı tur paytaxtda “Səbail”in qonağı olacaq.

“Bayıl arena”da keçiriləcək matç 13 avqust, saat 20:30-da start götürəcək.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
8 İyul 23:00 AFFA-nın pulu yoxdur?