"Qurban Qurbanov bunu nəzərə alaraq heyət qurmuşdu"

14 Sentyabr 23:20 Premyerliqa 711
"Qurban Qurbanov bunu nəzərə alaraq heyət qurmuşdu"

"İki fərqli və maraqlı hissələr izlədik. Derbiyə yaraşan oyun oldu. İlk hissə üstün tərəf "Qarabağ" idi. "Neftçi"də sanki çaşqınlıq vardı. Qonaqlar öncə rəqibin səhvindən sonra hesabı açdı. Hissənin axırında isə ikinci qol vuruldu. İkinci hissə amma fərqli "Neftçi" gördük. İtiriləsi nəsə yox idi deyə, Samir Abasov yeni hücumçunu oyuna salmaqla üstünlüyü ələ aldı".

Bu fikirləri Azərbaycan Premyer Liqasında baş tutan "Neftçi" - "Qarabağ" derbisi haqqında Sportinfo.az-a danışan milli komandamızın məşqçisi Arif Əsədov deyib.

Sirr deyil ki, Azərbaycan millisinə ən çox futbolçu verən komanda "Qarabağ"dır. Görəsən, ikinci hissə ağdamlıların zəif çıxışı bu amillə bağlı ola bilər?

Əsədovu dinləyək: "Qarabağ"ın ikinci hissə zəif çıxış etməsini millidən qayıdan oyunçularla əlaqələndirilməsi fikri ilə qəti razılaşmıram. Qurban Qurbanov millidə daha çox oynayanları nəzərə alaraq heyət qurmuşdu. Məsələn, Maksim Medvedev millinin sonuncu görüşündə oynamamışdı. Son dəfə İrlandiyaya qarşı görüşdə 65-70 dəqiqə meydanda olmuşdu. Toral Bayramov Portuqaliyaya qarşı oyunda ikinci 45 dəqiqəni oynamışdı. Cavan uşaqdı. Əksinə ona davamlı oynamaq lazımdır. Bəli, Abbas Hüseynov millinin son oyununda oynamışdı. Onda da fiziki baxımdan hər şey qaydasındadır. Sıx oyun qrafikində oynaya bilər. Sözümün canı odur ki, ikinci hissədəki yorğunluğu bununla bağlamazdım. Razılaşıram ki, Emin Mahmudovda problem yarana bilərdi. Onda da hər hansı problem olmadı. Əksinə futbolçular oynadıqca buna alışırlar".

Təcrübəli mütəxəssis Samir Abasovun geniş müzakirələrə yol açan heyət seçiminə də münasibət bildirib: "Belə bir oyunda Samir müəllim 3 limit oyunçusu oynadırdı. Buna bir tərəfdən alqış düşür. Belə cavanları qazanmaq lazımdır. Amma digər tərəfdən "Qarabağ" kimi rəqiblə oyunda onları itirə də bilərsən".

Digər Xəbərlər
Xəbər Lenti