"Neftçi" "Zirə" tilsimini qırdı, "Keşlə"dən növbəti heç-heçə - Yenilənib

17 Aprel 2021 22:04 Premyerliqa 1 118
"Neftçi" "Zirə" tilsimini qırdı, "Keşlə"dən növbəti heç-heçə - Yenilənib

Azərbaycan Premyer Liqasında XXIII tura yekun vurulub.

Sportinfo.az xəbər verir ki, bu gün daha iki oyun keçirilib.

İlk oyun “ASK Arena”da baş tutub. Turnir cədvəlinin son pillələrində qərarlaşan “Keşlə” ilə “Sabah” üz-üzə gəlib.

Qəsəbə təmsilçilərinin duelindən qalib ayrılan tərəf 6-cı yerə yüksələcəkdi. Lakin matçda qol səsi çıxmayıb, komandalar xalları yarı bölməklə kifayətləniblər.

Tura “Bakcell Arena”da keçirilən “Neftçi” – “Zirə” görüşü ilə yekun vurulub. Lider “Qarabağ”ın bir gün əvvəl büdrəməsindən məharətlə yararlanan “Neftçi” qalib gəlməklə xal fərqini 1-ə endirib.

Cari mövsüm rəqibinə iki dəfə məğlub olan və 3 oyunda cəmi 1 xal alan flaqman bu tilsimi böyükhesablı qələbə ilə qırıb.

Qarşılaşmada dubl edən Namiq Ələsgərov qollarının sayını 16-ya çatdırmaqla bombardirlər yarışında liderliyini möhkəmlədib. “Zirə” isə turnir cədvəlində 4-cü yerə enib.

Dünən keçirilən oyunlarda "Qarabağ" "Səbail"lə heç-heçə edib (1:1), "Sumqayıt" "Qəbələ" üzərində 2:0 hesablı qələbə qazanıb.

17 aprel (şənbə)
18:00. “Keşlə” – “Sabah” - 0:0

Baş hakim: Elçin Məsiyev
“Keşlə”: 85. Kamal Bayramov, 19. Azər Salahlı, 17. Vüsal İsgəndərli, 2. İlkin Qırtımov (k), 7. Rəhman Hacıyev, 8. Tural Axundov, 4. Şəhriyar Əliyev, 10. Sezar Meza Kolli, 9. Anatole Abanq, 29. Yevgeni Koçuk, 14. Turan Vəlizadə
Ehtiyat oyunçular: 36. Süleyman Süleymanov, 18. Ruslan Əmircanov, 20. Rail Məlikov, 23. Nicat Qurbanov, 25. Con Kamara, 11. Silvio Rodriges, 91. Sadio Tonkara, 99. Rafael Məhərrəmli, 22. Elçin Mustafayev, 79. Bahadur Həziyev, 64. Kənan Cəfərov
Baş məşqçi: Sənan Qurbanov
“Sabah”: 94. Nicat Mehbalıyev, 19. Təmkin Xəlilzadə, 7. Coşqun Diniyev, 4. Bəhlul Mustafazadə (k), 90. Ramil Şeydayev, 13. Filip İvanoviç, 28. Kevin Kubemba, 30. Mario Marina, 9. Xulio Sezar Rodriges, 3. Zurab Oçiqava, 26. Fofana Tiemoko
Ehtiyat oyunçular: 1. Saşa Stamenkoviç, 31. Rustam Samigullin, 15. Ruslan Abışov, 17. Məhəmməd Mirzəbəyov, 34. Bəxtiyar Həsənalızadə, 48. Dmitro Klots, 2. Amin Seydiyev, 6. Şakir Seyidov, 29. Ceyhun Nuriyev, 33. Camal Cəfərov
Baş məşqçi: Ramin Quliyev
“ASK Arena”

20:15. “Neftçi” – “Zirə” - 4:0
Qollar:
Namiq Ələsgərov, 48, 77, Mirabdulla Abbasov, 74, Stiven Monroz, 90+2
Baş hakim: Rauf Cabarov
“Neftçi”: 30. Aqil Məmmədov, 7. Namik Ələskərov, 8. Emin Mahmudov (k), 22. Mirabdulla Abbasov, 3. Mamadu Mbodj, 36. Mamadu Kane, 6. Voyislav Stankoviç, 29. Sabir Buqrin, 4. Keysuke Honda, 24. Yusuf Laval, 5. Anton Krivotsyuk
Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 12. Kamran İbrahimov, 19. Fəhmin Muradbəyli, 28. Stiven Monroz, 17. Bruno Teluşi, 9. Ahmed Ahmedov, 49. Rener Alves, 26. Ömər Buludov, 20. Mert Çelik, 80. İsmayıl Zülfüqarlı, 70. Asim Əlizadə
Baş məşqçi: Samir Abasov
“Zirə”: 1. Mateus Albino, 8. İlkin Muradov, 4. Elvin Camalov (k), 2. Sərtan Taşkın, 32. Qismət Alıyev, 11. Klesio Bauk, 12. Lazar Corceviç, 44. Dmitrios Çantakias, 26. Nemanya Andelkoviç, 17. Rodriqo Bonqonqui, 21. Hacıağa Hacılı
Ehtiyat oyunçular: 22. Rəşad Əzizli, 62. Abdulla Seyidəhmədov, 91. Ruslan Qurbanov, 13. Şəhriyar Rəhimov, 5. Kərim Diniyev, 30. Riçard Almeyda, 9. Davit Volkov, 14. Fakundo Melivilo, 7. Tural Bayramlı, 29. Musa Qurbanlı
Baş məşqçi: Rəşad Sadıqov
“Bakcell Arena”

1

Qarabağ

23

13

8

2

52-16

47

2

Neftçi

23

14

4

5

36-23

46

3

Sumqayıt

23

8

8

7

28-28

32

4

Zirə

23

7

11

5

24-25

32

5

Qəbələ

23

5

9

9

20-33

24

6

Səbail

23

4

9

10

20-34

21

7

Sabah

23

5

6

12

20-29

21

8

Keşlə

23

3

11

9

21-33

20

Bombardirlər: Namik Ələskərov ("Neftçi") - 16 qol, Mahir Emreli ("Qarabağ") - 13 qol, Filip Ozobiç ("Qarabağ") - 11 qol

Xəbər Lenti