Canni de Byazi tələb etdi - Premyer Liqanın bu turunu təxirə salın!

21 Yanvar 2021 16:00 Premyerliqa 938
Canni de Byazi tələb etdi - Premyer Liqanın bu turunu təxirə salın!

Millinin baş məşqçisi Canni de Byazi AFFA və Peşəkar Futbol Liqasının rəhbərliyi qarşısında yeni məsələ qaldırıb.

Sportinfo.az-ın məlumatına görə, italiyalı mütəxəssis Premyer Liqanın 20-ci turunun təxirə salınmasını istəyib.

Yığmamız martın 24-də dünya çempionatı-2022-nin seçmə mərhələsinə start verəcək.

A qrupunda yer alan komandamız həmin gün Portuqaliyanın qonağı olacaq. 3 gün sonra isə rəqib meydanında Qətərlə qarşılaşacağıq. Ayın 30-da isə Serbiyanıı Bakıda qəbul edəcəyik.

De Byazi bu oyunlar üçün təqvimdə nəzərdə tutulan müddət az hesab edir. O, martın 19-da keçirilməsi planlaşdırılan Premyer Liqanın 20-ci turunun sonrakı tarixə ertələnməsini tələb eləyib.

Digər Xəbərlər
Xəbər Lenti