
Menecer Xanbaba Daşdı "Neftçi" rəhbərliyindən AFFA-ya şikayət edib.
Sportinfo.az xəbər verir ki, o, Saman Nəriman Cahanın "Maşinsazi"dən Bakı klubuna transferi zamanı haqsızlığa məruz qalmasından şikayətlənib.
İş bundadır ki, o, iranlı yarımmüdafiəçinin agenti olsa da, "ağ-qaralar" son anda onu başqa bir şəxsin vasitəsilə Azərbaycana gətirib. Halbuki Cahan menecerinin X.Daşdı olmasını təsdiqləyib.
"Neftçi" ilə yaşadığım problemlərə və haqsızlıqlara görə AFFA rəhbərliyinə rəsmi məktublar göndərdim. Kamran Quliyev və Ceyhun Sultanov cənabları, bu məktublardan sonra AFFA qarşısında özünüzü haqlı çıxara bilən deyilsiz.
Buna yüz faiz əmin edirəm sizi. Oyunçuların Transfer və Status Komitəsinin qərarlarını gözləyək. Daha sonra nələrin baş verəcəyinə hər kəs şahidlik edəcək.
"Neftçi" adına yaraşmayan hərəkətlərin bir bədəli olacaq, menecer haqqımı ödəyəcəksiz. Çıxış yolu tapa bilən deyilsiz. Hər şeyi sən başlatdın, Sultanov! Bu meydan, bu da mən, indi çıx meydana!".