“Belə oynasaq, “Qarabağ” da bizi saxlaya bilməyəcək”

8 Mart 2020 11:40 Neftçi 692
“Belə oynasaq, “Qarabağ” da bizi saxlaya bilməyəcək”

Sportinfo.az xəbər verir ki, Premyer Liqanın 20-ci turunda "Sabah"a 4:0 hesabı ilə qalib gələn "Neftçi"nin iranlı legioneri Saman Nərimancahan oyun haqda danışıb. :

- Oyun yaxşı keçdi. Ötən oyunda son dəqiqələrdə etdiyimiz səhvlərə baxmışdıq. Bu gün son dəqiqəyə qədər konsentrasiyanı saxladıq, futbol dərsi keçdik. Oyun epizodlarında qalib idik, yaxşı ötürmələr etdik. 3-4 qol da vura bilərdik. Komanda yaxşı oynadı. Belə davam etməliyik. Bu cür oynamaqla çempionluğa doğru gedəcəyik. Bütün matçlarda belə oynasaq, “Qarabağ” da bizi saxlaya bilməyəcək. Hər qarşılaşmada aqressiv oynamalıyıq.

- Öz oyunundan razısan?

- Çox yaxşı uyğunlaşmışam. Daha yaxşı adaptasiya ola bilərəm. 90 faiz uyğunlaşmışam. İstəyirəm ki, komandaya faydalı olum, qol vurub, assist edim. İnşallah, davamı gələr.

- Aqil Məmmədovun meydanı erkən tərk etməsi komandaya necə təsir etdi?

- Komandaya təsir etdi. Mən də nigaran qaldım. Onun yanına getdik. Ümid edirəm, hər şey yaxşı olar. Aqil yaxşı oyunçularımızdan, komandanın böyüklərindəndir. Səlahət Ağayevlə Aqil Məmmədov komandamız üçün pozitiv şəxslərdir. Onların bizimlə olması müsbət amildir.

- Növbəti turda “Zirə” ilə qarşılaşacaqsınız.

- Bu çempionatla yaxından tanış deyildim. 2-3 oyunun çətin keçdiyini düşünürdüm. Ancaq gördüm ki, bütün matçlar çətin olur. “Zirə” ilə görüş çətin olacaq. “Qəbələ” “Sumqayıt”a 5 top vurdu. Konsentrasiyanı itirsən, məğlub ola bilərsən. Əvvəldən axıra kimi aqressiv olmaq lazımdır.

- Ötən tur lider “Qarabağ” xal itirmişdi. “Səbail”lə matçda qələbəni əldən verdiyiniz üçün təəssüflənirsən?

- Əsas məsələ odur. Belə xal itirmək olmaz. Biz böyük komandayıq. Külək də bizə mane oldu. Futbolçularda səhv yox idi. Külək topu o istiqamətə aparmışdı. Məncə, Allah istəmişdi ki, 90+2-ci dəqiqədə qol olsun. Artıq bu oyun keçib, bunu fikirləşməyək. Gələcək oyunları düşünməliyik.

- “Qarabağ”ın “Keşlə” ilə matçda xal itirəcəyini gözləyirsiniz?

- Əvvəlcə öz oyunlarımızı udmalıyıq. Sonra isə “Qarabağ”ın büdrəməyini gözləməliyik. Ondan sonra şəxsi görüşdə “Qarabağ”a qalib gəlib, çempionluğa doğru getmək olar. Onlar xal itirməlidir ki udmaqla yaxınlaşaq. Mövsümün ilk yarısında “Qarabağ” bizdən çox xal yığıb. Bu da işimizi çətinləşdirir. Davam etməliyik.

- 2-ci yer “Neftçi” üçün uğurdur?

- Böyük komandada oynayırsansa, çempion olmalısan. İranda 2 böyük klubda çıxış etmişəm. Birində çempion olmuşam, digərində 2-ci yeri tutmuşduq. Dünyanın hər yerində belədir ki, azarkeşlər böyük komandalardan çempionluq istəyir. Bunu mən də, digər oyunçular da bilir. Bütün gücümüzü ortaya qoyub, çempionluğa doğru getmək lazımdır. Sonda nə baş verəcəyini görəcəyik.

- İranda oyunlar zamanı tribunalar dolu olur. “Neftçi”nin matçlarında isə stadionun yarısı da dolmur. Buna münasibətin necədir?

- İranın əhalisi 80-90 milyondur. Azərbaycanda isə 10 milyon insan yaşayır. Fikir vermişəm ki, Azərbaycanda futbola İranla müqayisədə daha azdır. İranda 10 yaşdan 80 yaşa kimi hər kəs futbolla maraqlanır. Bir də türk-fars söhbətləri var. “Traktor” Təbrizi, “Persepolis”, “İstiqlal” isə Tehranı təmsil edir. Buna görə də azarkeş marağı böyük olur. Digər şəhərlərin komandaları da çempionata maraq qatır. Buna görə də çox azarkeş gəlir. 3 il “Traktor”da oynamışam. 70-80 min azarkeş görmüşəm. Ardıcıl 4 matçda 80 min tərəfdar gəlmişdi. Burda klublarımzın Avropadakı oyunlarını görmüşəm. Çox azarkeş olur.

- Qoldan sonra azarkeşlərə tərəf qaçdın.

- İlk qolum idi. Bunu onlara həsr etmək istədim. İnşallah, davamı olar.

Digər Xəbərlər
Xəbər Lenti