Bu adamı qovub, Aftandil Hacıyevi "Neftçi"yə gətirsələr…

2 Mart 2020 22:20 Neftçi 1 321
Bu adamı qovub, Aftandil Hacıyevi "Neftçi"yə gətirsələr…

«Neftçi» liderə yaxınlaşmaq imkanı əldə etmişdi. «Qarabağ»ın «Sabah»la gözlənilməz qolsuz heç-heçəsi bakılılar üçün göydəndüşmə fürsət idi.

Dəyərləndirməli, iki turluq qələbə seriyasının «ömrünü uzatmalı» idilər. Rəqib də «Səbail» idi, daha güclü rəqib deyildi. Bir sözlə, «Neftçi» üçün növbəti 3 xalı qazanmaq o qədər də çətin olmalımalıydı.

İntizam oyunun içində və meydandan kənarda əsas şərtdir. Bir komandanı xarakterizə etmək və səciyyələndirmək üçün bu, birinci ələ alınır.

Bir ay qabağadək deyilirdi ki, Roberto Bordin futbolçularla düz gəlmir, özüylə onlar arasında balans yarada bilmir, yanaşması səhvdir, ona görə də komanda oyun və nəticə baxımından gah nala vurur, gah mıxa.

Füzuli Məmmədov bu gün baş məşqçi vəzifəsindədir, gəl ki, dünən baş verənlər dünəndə qalmayıb, yenə də təkrarlanmaqdadır. Çəkinmədən iddia edirəm ki, Aftandil Hacıyev uzaqda ola-ola bu komandanın öz baş məşqçisindən yaxşı tanıyır.

İxtiyarında vur-tut 4-5 ortabab futbolçusu var, ancaq gəlir, hər dəfə «Neftçi»ni büdrədir. Əsl məşqçinin işi belə komandalarda üzə çıxır. Nə var e, «Neftçi»də işləməyə baş çıxarmağa! Yetər ki, futbolçuların tərəfindən qəbul görəsən, sayılasan, sanbalın olsun.

Füzuli Məmmədovun yuxarıdakılar tərəfindən idarə edilməsini, hazır siyahıyla paltardəyişmə otağının qapısını aralamasını görən futbolçudan ona nə hörmət-izzət göstərsin?

Belə məşqçi olmur, məşqçilik etmək olmur. İçindəki səs də batıb, yoxsa Füzuli Məmmədova bağırardı ki, get, başqa sənət tap, fitness zalında çalış, dəmir-dümürlə məşğul ol, səhv yerdəsən.

İtirilən 2 xal «Neftçi»dən getdi. Hələ yeri istidir, çox incitmir. Bir az ötsün, dəhşətli dərəcədə ağrıdacaq, yandırıb-yaxacaq. Onda ki çempionat inal mərhələsinə yaxınlaşacaq və buna kimi «Qarabağ» xal və ya xallar itirəcək.

«Səbail» son dəqiqələrdəki arxayınlaşmanı ev sahiblərinə bağışlamadı. Standart epizoddan sonra vurulan qol zamanı «Neftçi»nin az qala yarı heyəti yatmışdı, Rauf Əliyevə açılan «dəhliz»ə cinayət işi düşür. Cəzasını kim çəkməlidir indi? Sözsüz ki, baş məşqçi. Hara baxırdı, görəsən? O. niyə yatmışdı?

Xəzər Hikmət

Digər Xəbərlər
Xəbər Lenti