"Neftçi" qışdan sonra futbolçularına nə qədər pul verib?

25 Fevral 2020 12:02 Neftçi 830
"Neftçi" qışdan sonra futbolçularına nə qədər pul verib?

«Neftçi»nin futbolçularının qış fasiləsindəen sonra qazandığı pulun məbləği məlum olub.

Sportinfo.az-ın məlumatına görə, Premyer Liqanın son 2 turunda «Keşlə» və «Qəbələ»yə qalib gələn «ağ-qaralar» üst-üstə 4000 manat əldə edib.

Ümumiyyətlə, paytaxt klubunda mükafat fondu sabitdir və rəqiblərdən asılı olaraq, 1500-2500 manat arasında dəyişir.

Yalnız «Qarabağ»la qarşılaşmaların maddi dəyəri daha üstün tutulur. Son illərin dəyişməz çempionu üzərində zəfərin qiyməti 3000 manatdır. «Neftçi» mövsümün geridə qalan 3 derbisində Ağdam təmsilçisinə üstün gəlməyi bacarmayıb.

Digər Xəbərlər
Xəbər Lenti