"Qarabağ" hazır olsun - Bu xəbər qapıya yetişdi!

22:20 Qarabağ 196
"Qarabağ" hazır olsun - Bu xəbər qapıya yetişdi!

"Qarabağ" 12 illik aradan sonra avrokuboklar macərasını elə yay başa çatmamış bitirə bilər.

"Köhlən atlar" son 12 mövsümdə heç vaxt olmadığı qədər buna yaxındır.

"Köhlən atlar" ölkə çempionluğunu əldən verməklə Çempionlar Liqasından kənarda qaldı.

CSKA-ya məğlubiyyət Avropa Liqasında mübarizəyə son qoydu.

Son təsəlli Konfrans Liqasında yola davam etməkdir.

Burada isə Ukrayna nəhəngi Kiyev "Dinamo"su rəqibdir.

Düzdü, əksəriyyət niyəsə təmsilçimizi şanslı görür.

Əsas arqument isə ukraynalıların əvvəlki əzəmətindən çox uzaqda olmasıdır.

Düzdü, bu fikirdə həqiqət payı var.

Amma bunu əldə əsas tutub, "Qarabağ"ın işinin asan olacağını iddia etmək absurddur.

Bu cür müqayisəyə baxsaq, "Qarabağ" da ötən illərdəki əzəmətindən az uzaqda deyil.

"Dinamo" sanki daha çox kiçildilir.

Sıradan bir klubla oyunların olacağı görüntüsü yaradılır.

Azarkeşlər də belədə çox rahatlıq tapmış olur.

Əbəs deyil ki, tez-tez şəxsimə verilən sual belədir - Biz həqiqətən "Dinamo"nu üstələyə bilərik?

Bu dəfə publik cavab verim, fanatlar həqiqətdən xəbərdar olsun.

Deyilənlər doğru deyil.

"Dinamo"nun hətta "ölüsü" də təhlükəlidir.

Futblda şans həmişə var.

Amma bu dəfə deyilənlər qədər şansımız yoxdur.

Təhlükə isə qapının düz ağzındadır.

Yolda qalmaq davam etməkdən daha real görünür.

Nə qədər ağır olsa da, azarkeşlər buna indidən hazır olsun.

XANOĞLAN/ SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti