İlkin Fikrətoğlu: Ağzınızı yumun, "Sabah"ın etdiklərinə baxın! - VİDEO

17:40 Sabah 119
İlkin Fikrətoğlu: Ağzınızı yumun, "Sabah"ın etdiklərinə baxın! - VİDEO

Çempionlar Liqasındakı təmsiçimiz debüt etdyi ali klub turnirində tarix yazaraq gedir.

İndiyə qədər heç bir Azərbaycan klubu Çempionlar Liqasında debüt mövsümündə, siftə etdiyi ildə ardıcıl iki mərhələ keçməyib.

“Sabah” bunu bacaran ilk klub oldu. Valdas Dambrauskas dedyi kimi də etdi, “KuPS”u Finlandiyada lazımınca zərərsizləşdirib, turu adladı.

“Sabah” bunu son mövsümdə aparıcı fiqurlarndan olan Aron Maludasız etdi. 21 yaşlı fransız vinger artıqq “Bazel”in oyunçusudur.

“Sabah” 150 min avroya aldğı Maludanı 20 dəfə baha qiymətə - 3 milyon avroya isveçrəlilərə satmaqla bu işdən xeyli gəlir götürdü.

Uğurlu seleksiya hər zaman qazandırır. Sevindirici haldır ki, “Qarabağ”ın, “Sabah”ın oyunçuları sanballı pullara, Avropada tanınan köklü klublara gedirlər.

Özü də “Qarabağ”ın Duranını, Andradesini Avropa oyunlarında görüb bəyiniblərsə, Maludanın “Sabah”la Avropadakı çıxışı TNS-lə iki oyun olub, vəssalam.

Demək ki, Azərbaycan liqası da artıq sanballı klubların maraq dairəsindədir. Və bu liqanın çempionu “Sabah” artıq Konfrans Liqasının əsas mərhələsində yerini təmin edib.

Hələ növbəti mərhələdə Danimarka çempionu “Orxus”u da keçərsə, minimum Avroliqanın liqa mərhələsi təmin ediləcək.

“Sabah”ı dartıb çempion etdilər”, “hakimlərin hesabına oldu” deyənlər, ağzınızı yumun, daha ürək bulandırmayın!

Hər şey göz qabağındadır. “Sabah” bizim avrokubok həyəcanımızı ən azı dekabra qədər uzatdı.

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti