Cənubi Koreya millisinin oyunçusu Tovuz komandasında

08:20 Voleybol 30
Cənubi Koreya millisinin oyunçusu Tovuz komandasında

"Turan" voleybol klubu Cənubi Koreya milli komandasının hücumçusu Li Cayeonqu transfer edib.

Sportinfo.az xəbər verir ki, bu barədə Tovuz təmsilçisinin mətbuat xidmətindən bildirilib.

Həm Azərbaycan Yüksək Liqasında, həm də Avropa arenasında "Turan"ın uğurları üçün çalışacaq voleybolçu ilə müqavilənin müddəti 2026/2027 mövsümünü əhatə edəcək.

O, karyerası ərzində ölkəsində "Heunqkuk Pink Spiders" (2014-2021) və Yaponiyanın "Victorina Himeji" (2025/2026) klublarında çıxış edib.

Asiyalı 2015-2019-cu illərdə ardıcıl 4 mövsüm Koreya V Liqasında ən çox xal toplayan və ən məhsuldar hücumçu olub.

Digər Xəbərlər
Xəbər Lenti
3 Avqust 17:30 Çək və bizə göndər!