“Real”dan daha bir futbolçunun keçidini açıqladı - Premyer Liqanın yarışmaçısı

22:00 İngiltərə 87
“Real”dan daha bir futbolçunun keçidini açıqladı - Premyer Liqanın yarışmaçısı

“Fulhem” hücumçu Qonsalo Qarsiyanın transferindən sonra “Real”dan daha bir futbolçunun keçidini rəsmən açıqlayıb.

London klubu bu dəfə hücumameyilli yarımmüdafiəçi Sezar Palasiosu heyətinə qatıb.

Sportinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 21 yaşlı futbolçu ilə uzunmüddətli müqavilə imzalanıb. Transferin maliyyə detalları açıqlanmayıb.

Palasios “Fulhem”də 8 nömrəli formanı geyinəcək.

Bu yay “Fulhem”in baş məşqçisi əvvəllər “Real”da çalışan Alvaro Arbeloa təyin olunub. London təmsilçisi 2026/27 mövsümündə ilk rəsmi oyununu avqustun 24-də, öz meydanında “Çelsi”yə qarşı keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti