Razılaşdılar - Yeni müqavilə 2030-cu ilədək qüvvədə olacaq

15:40 Dünya futbolu 110
Razılaşdılar - Yeni müqavilə 2030-cu ilədək qüvvədə olacaq

ABŞ Futbol Federasiyası milli komandanın baş məşqçisi Maurisio Poçettino ilə müqavilənin müddətini uzadıb.

Sportinfo.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, argentinalı mütəxəssislə imzalanan yeni müqavilə 2030-cu ilədək qüvvədə olacaq. Bununla da, 54 yaşlı baş məşqçi ABŞ yığmasını 2030-cu il dünya çempionatına hazırlayacaq.

Poçettino 2024-cü ildən ABŞ millisini çalışdırır. Onun rəhbərliyi altında komanda 2025-ci il KONKAKAF Qızıl Kubokunda finala yüksəlib.

ABŞ yığması həmçinin ev sahibliyi etdiyi DÇ-2026-da 1/8 finala kimi irəliləyərək, bu mərhələdə Belçikaya uduzub.

Digər Xəbərlər
Xəbər Lenti