Azərbaycanlı hücumçunu bu şərtlə icarəyə götürdülər

11:00 Bizimkilər 199
Azərbaycanlı hücumçunu bu şərtlə icarəyə götürdülər

Sportinfo.az xəbər verir ki, “Kolumbus Kru” (ABŞ) Nəriman Axundzadə ilə bağlı açıqlama yayıb.

Açıqlamada bildirilib ki, 22 yaşlı hücumçu “Erzurumspor”a icarəyə verilib.

İcarə müqaviləsi 2027-ci ilin sonunadək nəzərdə tutulub. Razılaşmaya əsasən, Türkiyə təmsilçisinin Nəriman Axundzadəni icarə müddətinin sonunda birdəfəlik transfer etmək hüququ da var.

“Erzumrumspor” da açıqlama yayaraq bildirib ki, Axundzadə tezliklə tibbi müayinədən uğurla keçdikdən sonra rəsmi müqaviləyə imza atacaq.

N.Axundzadə “Kolumbus Kru”ya bu ilin qış transfer pəncərəsi dövründə “Qarabağ”dan keçib.

Digər Xəbərlər
Xəbər Lenti