“Real” “Leyptsiq”in yarımmüdafiəçisi Yan Diomandenin transferi istiqamətində işini davam etdirir.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, tərəflər arasında danışıqlar yenidən bərpa olunub
. “Kral klubu” transferi mümkün qədər tez yekunlaşdırmaq niyyətindədir.
Madridlilər 19 yaşlı futbolçunun “Leyptsiq”in Avstriyadakı mövsümöncəsi təlim-məşq toplanışına yollanmasından əvvəl tibbi müayinədən keçməsinə çalışırlar.
Mənbənin iddiasına görə, Diomandenin “Real”a keçidi ilə bağlı qarşıdakı 24 saat həlledici ola bilər.
Daha əvvəl yayılan xəbərlərdə “Leyptsiq”lə “Real”ın transfer məbləği ilə bağlı razılığa gələ bilmədiyi söylənilirdi. Hətta Fil Dişi Sahilindən olan futbolçunun yeni mövsümün hazırlığına Almaniya klubunun heyətində başlayacağı da qeyd olunmuşdu.
