FİFA-nın rəhbəri Canni İnfantinonun ABŞ prezidenti Donald Trampın administrasiyası ilə əlaqə saxlaması barədə yayılan iddialar təkzib olunub.
Daha əvvəl bəzi KİV-lərdə İnfantinonun Tramp administrasiyasının rəsmiləri ilə telefon danışığı apardığı və növbəti FİFA prezident seçkilərində ABŞ siyasətçilərinin dəstəyini almaq istədiyi barədə məlumat yayılmışdı.
Sonradan bu xəbərləri ABŞ dövlət katibinin köməkçisi Dilan Conson da təkzib etmişdi.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, FİFA da məsələyə münasibət bildirib:
“FİFA prezidenti son günlər nə ABŞ prezidenti, nə də onun administrasiyasının hansısa üzvü ilə telefon danışığı aparıb. Bu, tamamilə uydurmadır”.
