“Karvan”la Premyer Liqada 19 oyuna çıxdı, sözləşməsi uzadılmadı

17:20 I Divizion 191
“Karvan”la Premyer Liqada 19 oyuna çıxdı, sözləşməsi uzadılmadı

Yeni mövsümdən I Liqada çıxış edəcək "Karvan-Yevlax" Elvin Yunuszadə ilə yolları ayırıb.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

33 yaşlı müdafiəçinin başa çatan müqaviləsi uzadılmayıb.

Ötən ilin yayından Yevlax təmsilçisində çıxış edən 33 yaşlı müdafiəçi Premyer Liqada 19 oyun keçirib.

Azərbaycan millisinin sabiq üzvü "Neftçi", "Qarabağ", "Sabah", "Səbail" və "Qəbələ"də də oynayıb.

Digər Xəbərlər
Xəbər Lenti